"Neftçi" - "Spartak" matçının biletləri satışda
18.03.2024 - 16:36
"Neftçi" - "Spartak" matçının biletləri satışda

"Neftçi"nin Rusiya təmsilçisi "Spartak" (Moskva) ilə keçirəcəyi yoldaşlıq matçının biletləri satışa çıxarılıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, biletlərin qiyməti 2-15 manat aralığında dəyişir.

Matç üçün biletləri "İtickets" satış platformasından əldə etmək mümkündür.

Qeyd edək ki, "Neftçi" və "Spartak" arasında keçiriləcək yoldaşlıq görüşü martın 23-də, saat 18:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0