"Qalatasaray" Vendellə maraqlanır
11.07.2024 - 21:40
"Qalatasaray" Vendellə maraqlanır

“Qalatasaray” növbəti mövsüm üçün heyətini gücləndirməyə çalışır.

Apasport.az xəbər verir ki, “aslan” bu məqsədlə Pyer-Emil Hoybyerq, Adrien Rabio, Skott Maktominay kimi futbolçularla maraqlanır.

Siyahıya yeni əlavə edilən oyunçu isə Vendeldir. O, hazırda “Zenit”in formasını geyinir. 26 yaşlı Vendelin tranfer qiyməti 20 milyon avro dəyərində qiymətləndirilir.

Qeyd edək ki, onun “Zenit”lə müqaviləsi 2027-ci ilə qədər keçərlidir.
 

writer photo
Əlirza Əlirzalı
0