Lunyovun agenti: “Qarabağ”la bağlı anlaşılmayan nədir?”
26.12.2023 - 00:18
Lunyovun agenti: “Qarabağ”la bağlı anlaşılmayan nədir?”

“Lunyovun “Qarabağ”a keçidi geriyə addım deyil”. Apasport.az xəbər verir ki, bunu rusiyalı qapıçı Andrey Lunyovun agenti Anton Smirnov deyib.

Rusiya mətbuatında danışan Smirnov təcrübəli qolkiperin “Bayer”dən “Qarabağ”a keçidini tənqid edənlərə cavab verib. O, Ağdam klubunun son 10 ildə Avropa kuboklarındakı çıxışını nümunə göstərib: “Qarabağ”la bağlı anlaşılmayan nədir? Komanda 10 ildir Avrokuboklarda mübarizə aparır. Ağdam klubu Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup mərhələlərində çıxış edir. Bu mövsüm pley-offa vəsiqə qazanıblar. Andreyin bu uğurunu görə, çox şadam”.

Qeyd edək ki, Lunyov yayda Leverkuzen “Bayer”indən icarəyə götürülüb. Rusiyalı qapıçı ilə mövsümün sonunadək müqavilə imzalanıb.

writer photo
Əlirza Əlirzalı
0