Macarıstan klubunun Sumqayıtdakı mətbuat konfransı və açıq məşqi ləğv olunub
24.07.2024 - 13:48
Macarıstan klubunun Sumqayıtdakı mətbuat konfransı və açıq məşqi ləğv olunub

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la qarşılaşacaq Macarıstanın "Fehervar" klubunun oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv edilib.

Apasport.az Sumqayıt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın Bakıya uçuşunun gecikməsi səbəb olub.

"Sumqayıt"ın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə öncədən nəzərdə tutulduğu kimi bu gün, saat 19:30-da və 20:00-da başlayacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0