Türk futbolçu “Bayern”i tərk edir
03.07.2024 - 15:33
Türk futbolçu “Bayern”i tərk edir

“Bayern Münhen” gənc istedadlarından Yusuf Kabadayı ilə yollarını ayırır.

Apasport.az xəbər verir ki, 20 yaşlı türkiyəli futbolçu “Auqsburq”un heyətinə qoşulacaq. 

Bu transferdən “Bayern”in büdcəsinə 900 min avro ödəniş daxil olacaq. 

Yusuf Kabadayının “Auqsburq”la müqavilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. Sol cinah vingeri “Bayern”in yetirməsidir və “Auqsburq”a Münhen təmsilçisinin ikinci komandasından transfer ediləcək. 

Qeyd edək ki, Kabadayı əslən türkiyəli olsa da, hələ ki milli komanda seçimini etməyib.
 

writer photo
Əlirza Əlirzalı
0