Bu, bizim üçün çox önəmli qələbədir".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Bakıda İsveçə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələsinin oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
26 yaşlı hücumçu hər bir oyunçunun bu matçda qələbə haqqında fikirləşdiyini bildirib: "Baş məşqçimiz də komandaya inanırdı. Düşünürəm ki, son qarşılaşmaların hər birində üstün mübarizə göstərmişik. Ən azından çalışmalıyıq ki, bunu qoruyub saxlayaq. Belə olduğu təqdirdə komandamız üçün hər şey yaxşı olacaq. Yalnız meydanda deyil, ondan kənarda da qələbə hissini yaşamalıyıq ki, bunun qədrini bilək. Ümid edirik ki, Belçika ilə oyundan sonra da belə ab-hava ilə geri qayıdarıq".