Mahir Emreli məşqlərə başladı
22.02.2024 - 09:54
Mahir Emreli məşqlərə başladı

Millimizin və "Dinamo Zaqreb"in futbolçusu Mahir Emreli məşqləri bərpa edib. 

Apasport.az xəbər verir ki, 26 yaşlı forvard bu barədə sosial media hesabında paylaşım edib. 

Mahirin UEFA Konfrans Liqasının pley-off mərhələsində İspaniya klubu “Betis”lə bu gün keçiriləcək cavab görüşündə iştirakı baş məşqçi Sergey Yaqiroviçin qərarından asılı olacaq.

Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində Sloveniyanın “Roqaşka” klubu ilə yoxlama görüşündə zədələnmişdi.

writer photo
Əlirza Əlirzalı
0