“Üstünlüyümüzü qoruya bilmədik” - AÇIQLAMA
11.10.2023 - 21:13
“Üstünlüyümüzü qoruya bilmədik” - AÇIQLAMA

Qazaxıstan millisini təbrik edirəm. Uşaqlar sona qədər mübarizə apardılar, əllərindən gələni etdilər”.

Apasport.az saytı xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

Gənc mütəxəssis DÇ-2024-ün elit mərhələsində səfərdə Qazaxıstanla keçirilən qarşılaşmadan sonra komandanın oyunu barədə danışıb. Borisov 2:3 hesabl ilə uduzduqları görüşdə qələbə qazanmalı olduqlarını bildirib: “Oyun kifayət qədər gərgin keçdi. Hesabda 2 top fərqi ilə önə keçsək də, üstünlüyümüzü qoruya bilmədik. Rəqib bu gün bizdən daha yaxşı oynadı, qol epizodları çox oldu. 5-in 4-ə oynayan zaman şanslarımız oldu, amma fərqlənə bilmədik. Növbəti oyunu düşünməliyik. Bakıda Rumıniya ilə qarşılaşacağıq. Bu matçda qələbə qazanmalıyıq ki, mübarizəni davam etdirmək imkanımız olsun. Düzdür, heyətimizdə itkilər olacaq. Bu gün sarı vərəqə alan Eduardo cəzalı duruma düşdü. Əvəzində analoji səbəbdən Astanadakı oyunu buraxan Felipinyo komandaya qoşulacaq”.
 

writer photo
Əlirza Əlirzalı
0