Rusiyalı qapıçı "Turan Tovuz"da - Rəsmi
25.06.2024 - 17:57
Premyer Liqa təmsilçisi “Turan Tovuz” növbəti transferini gerçəkləşdirib
Apasport.az xəbər verir ki, vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyan qapıçı İvan Konovalov ilə 1+1 illik müqavilə bağlanılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Moskva “Spartak”ının yetirməsi olan qapıçı Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.
0
0