8-ci cəhd – 7-si uğursuz...
21.03.2023 - 14:18
8-ci cəhd – 7-si uğursuz...

Azərbaycan millisi tarixində 8-ci dəfə Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq.

Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2024-ə qədər 7 dəfə final mərhələsində vəsiqə xəyalı ilə yarışa qatılıb.

Bu həftə start götürəcək seçmə oyunlarına qədər komandamızın bütün cəhdləri uğursuz alınıb. Millimiz nəinki final mərhələsi barədə düşünməyə əsas verib, hətta sonuncu olmamaq üçün mübarizə aparıb.

Əvvəlkin yeddi tsikldən beşində komandamız 5-ci olub. Bunların ikisində 5 komandalı qrupda sonuncu yer tutulub. Digər iki mərhələ də sonuncu yerlə - bir dəfə 6, bir dəfə 8 iştirakçı arasında axırıncı pillədə olub. 

Bir sözlə, yığmamız 7 cəhddən beşində 5-ci, dördündə sonuncu olub. Üstəlik son üç tsikldəki yerimiz dəyişməz qalıb – 5-ci.

AVRO-1996 (Ağasəlim Mircavadov/Kazbek Tuayev) - 6-cı yer (6 komanda)
AVRO-2000 (Vaqif Sadıqov/Əhməd Ələsgərov) - 5-ci yer (6 komanda)
AVRO-2004 (Vaqif Sadıqov/Əsgər Abdullayev) - 5-ci yer (5 komanda)
AVRO-2008 (Şahin Diniyev/Qyoko Hacıyevski) - 8-ci yer (8 komanda)
AVRO-2012 (Berti Foqts) - 5-ci yer (6 komanda)
AVRO-2016 (Berti Foqts/Mahmud Qurbanov/Robert Prosineçki) - 5-ci yer (6 komanda)
AVRO-2020 (Nikola Yurçeviç (Xorvatiya)) - 5-ci yer (5 komanda)

writer photo
Əlirza Əlirzalı
0