"Qarabağ" - "Dinamo" matçının başlama saatı dəqiqləşib
14.08.2024 - 11:19
"Qarabağ" - "Dinamo" matçının başlama saatı dəqiqləşib

"Qarabağ"ın Bakıda Xorvatiyanın "Dinamo Zaqreb" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun başlama saatı müəyyənləşib.

Apasport.az xəbər verir ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Xorvatiyadakı görüş isə avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, "Qarabağ" III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Ludoqorets"i mübarizədən kənarlaşdırıb. 

writer photo
Əlirza Əlirzalı
0