Mahir Emreli "Nürnberq"də
18.07.2024 - 15:18
Mahir Emreli "Nürnberq"də

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniyanın "Nürnberq" klubuna keçidi an məsələsidir.

Apasport.az saytına verilən məlumata görə, Emreli artıq bir neçə gündür ki, Almaniyadadır. O, Nürnberq şəhərindədir və klub rəhbərliyi ilə müqavilənin şərtlərini müzakirə edir.

Hələ ki, tərəflər arasında rəsmi müqavilə imzalanmayıb. Bütün detallarda razılıq əldə olunacağı təqdirdə, Emreli "Nürnberq"lə 1+1 illik müqaviləyə qol çəkəcək. "Dinamo" isə Mahirin komandadan gedişinə müsbət yanaşıb və ona icazə verib ki, "Nürnberq"lə danışıq aparsın.

Qeyd edək ki, Azərbaycan millisinin forvardı 2026-cı il iyunun 30-na qədər "Dinamo"ya məxsusdur. Almaniya klubunun "Dinamo"ya təzminat ödəyib-ödəməyəcəyi isə danışıqlardan asılı olacaq. Əslində, Xorvatiya nəhəngi onun gedişinə mane törətməyəcək. Amma simvolik olaraq da, keçid üçün Bundesliqa təmsilçisindən müəyyən məbləğ tələb etməyi düşünür.

writer photo
Əlirza Əlirzalı
0