Mahir Emrelinin “Konyaspor”a keçidi rəsmiləşdi
14.02.2023 - 13:53
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Konyaspor”a keçidi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyə klubunun mətbuat xidməti açıqlayıb.
Xorvatiya təmsilçisi “Dinamo”da heyətə düşməkdə çətinlik çəkən 26 yaşlı hücumçu Super Liqa klubuna keçib. O, mövsümün sonunadək icarə əsasında “Konyaspor”da çıxış edəcək. Emreli ilə müqavilə imzalama mərasimi yaxın günlərdə Konya Böyükşəhər stadionunda gerçəkləşəcək.
Qeyd edək ki, Mahir “Dinamo”da 13 oyunda 3 qol vurub.
0
0