“Dinamo” Xorvatiya çempionatının 2023/24 mövsümünün açılış matçında xal itirib.
Apasport.az-ın məlumatına görə, Zaqreb klubu öz meydanında “Hayduk”a uduzub.
Mahir Emrelinin meydana çıxmadığı qarşılaşmada hesabı “Dinamo” açıb. Petkoviç fərqlənib. O, ikinci hissədə penalti zərbəsindən istifadə edə bilməyib. Bundan ruhlanan “Hayduk” hesabı bərabərləşdirməyi bacarıb. Son dəqiqədə daha bir qol vuran qonaqlar 2:1 hesabı ilə əzmkar qələbə qazanıblar.
Qeyd edək ki, Mahir Emrelnin “Dinamo”da qalıb-qalmayacağı sual altındadır. Yığmamızın üzvü digər variantları nəzərdən keçirir. O, karyerasını ərəb ölkələrindən birində davam etdirə bilər.
Mahir oynamadı, “Dinamo” uduzdu
21.07.2023 - 23:56
0
0