Çili millisinin sabiq qapıçısı Klaudio Bravo karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, cənubi amerikalı qolkiper 41 yaşında bu addımı atıb.
O, karyerası ərzində "Kolo-Kolo", "Real Sosyedad", "Barselona", "Mançester Siti" və "Betis"də forma geyinib. Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olmuş Bravo Amerika kubokunun ikiqat çempionudur.
Qeyd edək ki, Bravonun son klubu 2020-ci ildən çıxış etdiyi "Betis" olub. O, bu yay komandadan ayrılıb. Klaudio Çili millisinin heyətində 150 oyun keçirib, 2 dəfə Amerika kubokunun qalibi olub. Bravo Çili, İspaniya və İngiltərənin ikiqat çempionudur. Futbolçu həmçinin Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu, İngiltərə Kubokunu və İspaniya Superkubokunu qazanıb. Bravo üç dəfə İngiltərə Liqa Kubokunu və 3 dəfə İspaniya Kubokunu qazanmağı da bacarıb. Həmçinin o, 2 dəfə İngiltərə Superkubokunun qalibi olub.