Mahir Şükürov: “Komandada olan yenilərin çoxu "Neftçi”yə layiq deyil” - MÜSAHİBƏ
20.10.2023 - 17:00
Mahir Şükürov: “Komandada olan yenilərin çoxu "Neftçi”yə layiq deyil” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürovun apasport.az saytına müsahibəsi

- Bu gün Misli Premyer Liqasının 2-ci dövrəsi start götürür. Arxada qalan ilk dövrənin nəticələrini necə qiymətləndirirsiniz?
- Birinci dövrədə "Neftçi"nin lider olacağını gözləyirdim, amma irəliləyiş istədiyimiz kimi olmadı. Yəni, “Neftçi”nin də istədiyi oyunu görmədik. Ancaq "Səbail" birinci dövrədə istəyinə çatdı. Mövsümə Konfrans Liqasında başlayan komandalarımız birinci dövrədə zəif çıxış etdilər. İnanıram ki, ilk 9 turdan sonra geridə qalan iddialı komandalar ikinci dövrədə nəticə üçün çalışacaqlar. Bu komandalar buraxdığı səhvləri təkrarlamamaq üçün oyuna ciddi hazırlaşmalıdır. Birinci dövrədə itirdiklərini itiriblər, heç olmasa qışadək xal toplasınlar.

- Birinci dövrədə sizi müsbət və mənfi mənada ən çox təəccübləndirən hansı komandalar oldu?
- Birinci 9 turda "Araz-Naxçıvan məni təəccübləndirdi. Həqiqətən də Naxçıvan komandası hamıdan gec toplanmışdı, məşq etməyə stadionları belə yox idi. Naxçıvanlılar birinci dövrədə o şəraitsizlikdə çox komandaya başağrısı oldu. "Zirə"nin hamıdan çox xal toplamağı, “Sabah”ın zəif çıxışı da məni təəccübləndirdi. Bunu bəlkə də çoxları belə gözləmirdi.

- Avrokuboklarda iştirak etmiş "Qarabağ", "Neftçi", "Sabah" və "Qəbələ"nin gözləniləndən zəif çıxış etməsini nə ilə əlaqələndirərsiniz?
- Hamı düşmüşdü "Qarabağ"ın üstünə, Çempionlar Liqasında uduzmağını tənqid edirdi. Amma digər komandalarımızdan heç biri qrup mərhələsinə düşə bilmədi. Sonda biz görürük ki, "Qarabağ"i tənqid edən insanlar çox yanıldılar. Ağdam klubu qruplara düşdü. Bundan sonra "Qarabağ"dan başqa heç bir komanda qrupa düşə bilməyəcək.

- 2-ci dövrənin turnir cədvəlində hansı ciddi dəyişikliklər olacağını gözləyirsiniz?
- Mən inanıram ki, "Qarabağ birinci yeri tutacaq. Sonrakı pillədə "Sabah" qərarlaşa bilər. "Zirə" bu il hardasa mübarizə aparır. “Neftçi” də ön sıralara qədər irəliləyə bilər.

- Sizcə, startda uğurlu oynayan "Zirə" və "Səbail" bu tempi qışadək qoruya bilərmi?
- Mən inanmıram ki, "Zirə" və "Səbail" bu tempi qışadək qorusun. Ona görə ki, "Sabah" və "Neftçi"nin büdcəsi "Zirə"dən də, "Səbail”dən də çoxdur. Onlar çalışacaqlar ki, qış fasiləsinə öndə yollansınlar. Bu komandalar həmin fasilə bitəndən sonra heyətlərini gücləndirəcək ki, avrokuboklara vəsiqə qazansınlar.  

- Qış çempionu adətən "Qarabağ" olur. Sizcə, bu ənənəni hansısa komanda dəyişdirə bilər?
- “Qarabağ” fasiləyə lider kimi gedəcək, sonuncu yerdə də "Kəpəz"in olacağını ehtimal edirəm. "Qarabağ" Avropa Liqasında oynadığı üçün bu komandaya çempionatda da çətin olmur. Başqa komandanın onu əvəz etməsinə inanmıram.

- Sizin oynadığınız “Neftçi” ilə indiki arasında hansı fərqlər var?
- Bizim oynadığımız dövrdəki ilə indiki arasında yerlə göy qədər fərq var. Ən azından istər ad baxımından, istər liderlik baxımdan çox fərq görünür. Mən deyərdim ki, "Neftçi"nin müstəqillik tarixində ən güclü heyətlərindən biri də bizim vaxtımızda olub. Biz bura hansı çətinlikləri görüb gəldik. Rəhbərlik baxımdan da bizim zamanımızda Sadiq Sadıqov komanda üçün hər bir şərait yaradırdı, futbolçularla tez-tez dialoqa girirdi. Ona görə də indiki "Neftçi" fərqlidir. Belə baxanda bizim dövrümüzdə gələn legionerlərlə də indiki legionerlər arasında nə qədər fərq var. Mənə elə gəlir indiki komandada olan yenilərin çoxu heç "Neftçi”yə layiq deyil.

writer photo
Əlirza Əlirzalı
0