“Makkabi” Bakıya 13 yarımmüdafiəçi gətirir - SİYAHI
19.07.2022 - 09:21
“Makkabi” Bakıya 13 yarımmüdafiəçi gətirir - SİYAHI

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”si iştirak ərizəsini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, İsrail klubu UEFA-ya 25 futbolçunun adını təqdim edib.

Maraqlıdır ki, baş məşqçi Vladimir İviçin siyahısındakı oyunçulardan 13-ü yarımmüdafiəçidir. Həmçinin 2 qapıçı, 6 müdafiəçi və 4 hücumçu da Azərbaycan klubu ilə qarşılaşmalarda çalışdırıcının sərəncamında olacaq. Əsası yerlilərdən qurulan “Makkabi”nin heyətində cəmi 6 əcnəbi oyunçu var.

Qapıçılar: 1. Daniel Peretz, 19. Daniel Tenenbaum;
Müdafiəçilər: 4. Enrix Saborit, 5. İdan Naşmias, 27. Ofir Davidzada, 28. Andre Geraldes, 30. Maor Kandil, 31. Şahar Piven;
Yarımmüdafiəçilər: 6. Dan Qleyzer, 10. Dan Biton, 11. Eylon Almoq, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 17. Brendli Kuvas, 18. Qiaqon Parfait, 21. Şeran Yeini, 22. Avi Rikan, 23. Eyal Qolasa, 26. Tamir Qlezer, 66. Nir Bitton, 77. Matan Hozez;
Hücumçular: 7. Eran Zahavi, 9. Stip Perika, 20. Osama Xalaila, 99. Corce Yovanoviç.

Qeyd edək ki, “Zirə” “Makkabi” ilə ilk oyununu iyulun 21-də evdə, cavab görüşünü isə 28-də səfərdə keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0