21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında C və D qruplarında ilk turun oyunları baş tutub.
Apasport.az saytı xəbər verir, son çempion Almaniya yığması xal itki ilə üzləşib.
Avropa çempionları İsrailin müqavimətini qıra bilməyib. Oyun 1:1 hesabı ilə başa çatıb. C qrupunun digər matçında İngiltərə Çexiyadan güclü olub.
D qrupunun ilk oyununda İsveçrə komandası üç xalı qazanıb. Hesabda geri düşən isveçrəlilər əzmkar qələbə əldə ediblər - 2:1. Qrupun digər matçı da eyni hesabla bitib. Fransa İtaliyanı məğlub edib.
U-21 Avropa çempionatı
C qrupu
Çexiya – İngiltərə – 0:2
Almaniya – İsrail – 1:1
İngiltərə – 3, Almaniya – 1, İsrail – 1, Çexiya – 0 xal.
D qrupu
Norveç – İsveçrə – 1:2
Fransa – İtaliya – 1:1
Fransa – 3, İsveçrə - 3, İtaliya – 0, Norveç – 0 xal.