"Trabzonspor"un sabiq futbolçusu Fransaya gedib
19.07.2024 - 21:52
"Trabzonspor"un sabiq futbolçusu Fransaya gedib

"Trabzonspor"dan ayrılan Toma Mönyenin yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, belçikalı futbolçu karyerasını Fransada davam etdirəcək.

Mönye "Lill"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu Liqa 1 təmsilçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, müdafiəçi "Trabzonspor"un heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0