Malili hücumçu "Kəpəz"də oynayacaq
13.07.2024 - 20:31
Malili hücumçu "Kəpəz"də oynayacaq

Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunun keçidini reallaşdırıb. 

Apasport.az xəbər verir ki, hücumçu Lassana Ndiaye ilə müqavilə bağlanıb. Malili futbolçu ilə anlaşmanın müddəti "1+1" illikdir. 

23 yaşlı forvard Rusiya, İsveç, Bolqarıstan və Serbiyada oynayıb. Onun legioner karyerası MOİK (Moskva) ilə başlayıb. Lassanın son klubu "Botev" (Vratsa, Bolqarıstan) olub.
Ndiaye Malinin 17 və 20 yaşlılardan ibarət yığmalarının formasını da geyinib.

writer photo
Əlirza Əlirzalı
0