“Mançester Siti”: ardıcıl 9 qələbə
04.05.2023 - 01:14
“Mançester Siti”: ardıcıl 9 qələbə

“Mançester Siti” növbəti çempionluğa bir addım da yaxınlaşıb.

Apasport.az xəbər verir ki, komanda hesabat turunda qələbə qazanmaqla liderliyi geri qaytarıb.

“Çelsi”yə qalib gələn “Arsenal” cəmi bir gün 1-ci pillədə qalıb. Premyer Liqada ardıcıl 9-cu qarşılaşmada qalıb gələn “Mançester Siti” yenidən zirvədə qərarlaşıb. “Şəhərlilər” bu dəfə “Vest Hem”i məğlub ediblər (3:0). Komandanın qollarını Ake, Holland və Foden vurub. 

Günün digər matçında “Liverpul” “Fulhem”ə qalib gəlib. Yeganə qolu Mohammad Salah penaltidən vurub.

Qeyd edək ki, ehtiyatda bir oyunu olan “Mançester Siti” ən yaxın izləyicisini bir xal qabaqlayır.

writer photo
Əlirza Əlirzalı
0