Cənubi Koreyada Klinsmana qarşı təzyiq
15.02.2024 - 13:32
Cənubi Koreyada Klinsmana qarşı təzyiq

Futbol üzrə Cənubi Koreya millisinin baş məşqçisi Yurgen Klinsman postundan qovula bilər.

Apasport.az xəbər verir ki, Cənubi Koreya millisinin Asiya kubokundakı çıxışı ölkədə birmənalı qarşılanmayıb. 

Belə ki, Koreya Futbol Assosiasiyasının məsləhət komitəsi cümə axşamı Asiya Kubokunun yarımfinalında İordaniyaya məğlubiyyətdən sonra milli komandanın baş məşqçisi Yurgen Klinsmanın istefaya göndərilməsini tövsiyə edib.

59 yaşlı almaniyalının Asiyadakı populyarlığı turnir zamanı kəskin şəkildə aşağı düşüb. Azarkeşlər sosial şəbəkələrdəki müzakirələrdə Klinsmanı ciddi şəkildə tənqid edərək, istefasını tələb ediblər.

Xüsusislə məşqçinin vaxtının çox hissəsini hazırda yaşadığı Los-Ancelesdə keçirməsi qəbuledilməz sayılır.

Qeyd edək ki, 59 yaşlı mütəxəssis 2023-cü ilin fevralından Cənubi Koreya millisinin baş məşqçisi postundadır. Onun rəhbərliyi altında koreyalılar 19 oyun keçirib, 9 matçda qalib gələrək 5 heç-heçə və 5 məğlubiyyətə imza atıblar

writer photo
Əlirza Əlirzalı
0