“Mançester Yunayted” İtaliyadan oyunçu alır
30.07.2022 - 14:09
“Mançester Yunayted” İtaliyadan oyunçu alır

“Mançester Yunayted” yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu bu məqsədlə Fabian Ruisi heyətinə qatmaq niyyətindədir.

“Napoli”nin futbolçusunun keçidi ilə bağlı danışıqlara start verilib. İtaliya təmsilçisi yarımmüdafiəçisini satmağın əleyhinə deyil. Amma A seriyası klubu bunun üçün sərfəli şərtlərin olmasını istəyir.

Qeyd edək ki, Fabianın müqaviləsi gələn ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0