Mario Mustapiç “Kəpəz”də
05.10.2022 - 13:20
Mario Mustapiç “Kəpəz”də

Premyer Liqanın debütantı “Kəpəz” heyətinə yeni oyunçu cəlb edib.

Apasport.az xəbər verir ki, bu barədə Gəncə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bölgə təmsilçisi bu dəfə qapı xəttini gücləndirib. Xorvatiyalı qolkiper Mario Mustapiç gəncəlilərlə müqavilə bağlayıb.

22 yaşlı qapıçı ilə mövsümün sonunadək anlaşma imzalanıb. Onun son komandası Xorvatiyanın “Rudes” klubu olub.

writer photo
Əlirza Əlirzalı
0