Verratti: “Bavariya”, yoxsa “Mançester Yunayted”?
20.08.2023 - 15:09
Verratti: “Bavariya”, yoxsa “Mançester Yunayted”?

Marko Verratti özünə yeni klub tapa bilməyib.

Apasport.az saytı xəbər verir ki, italiyalı yarımmüdafiəçi “Mançester Yunayted” və “Bavariya” variantlarını nəzərdən keçirir.

“Əl-Hilal”ın maraqlandığı 30 yaşlı futbolçu Avropada qalmaq arzusundadır. Əgər danışıqlar uğurlu başa çatarsa, Markonun Mançester klubuna keçmək ehtimalı daha yüksəkdir. Sadəcə PSJ-nin 80 milyon transfer məbləği tələb etməsi avropalıları çətin vəziyyətdə qoyub. 

Qeyd edək ki, Paris klubu Verrattini transferə çıxarıb və o, mövsümün ilk iki oyununda komandanın heyətində yer almayıb.
 

writer photo
Əlirza Əlirzalı
0