“Neftçi” üçün unudulmaz gün: 31 il əvvəlki çempionluq
24.10.2023 - 11:52
“Neftçi” üçün unudulmaz gün: 31 il əvvəlki çempionluq

"Neftçi”nin ilk Azərbaycan çempionluğunu rəsmiləşdirdiyi gündən 31 il ötür.

Apasport.az xəbər verir ki, Bakı klubunun mətbuat xidməti bununla bağlı paylaşım edib.

“Ağ-qaralar” 1992-ci il oktyabrın 24-də "Turan”la 1:1 hesablı heç-heçə edərək ilk ölkə çempionatının qızıl medallarını qazanıb. Bakılılar çempionluğu sona 1 tur qalmış rəsmiləşdirib.

Tofiq Bəhramov adına Respublika stadionunda 5000 tamaşaçının izlədiyi həmin oyunun 42-ci dəqiqəsində Samir Ələkbərov bərabərlik qolunu vurmaqla "Neftçi”yə qızıl mükafatı gətirən xalı qazandırıb.

Prezidenti Aydın İbrahimov, rəisi Çingiz İsmayılov, baş məşqçisi Əhməd Ələsgərov olan komanda qızıl medalları bu heyətlə qazanıb: Dmitri Kramarenko, Etibar Şükürov, Əsgər Abdullayev, Emin Ağayev, İqor Getman, Arif Əsədov, Vladislav Nosenko, Faiq Cabbarov, Zaur Babayev, Ramazan Ağayev, Novruz Əzimov, Rasim Abuşov, Mais Əzimov, Yunis Hüseynov, Ərani Beydiyev, Bəxtiyar Musayev, Təbriz Həsənov, Elşən Qəmbərov, Rauf Bayramov, Samir Ələkbərov, İlham Qəmbərov, Nurəli Əsədov.
 

writer photo
Əlirza Əlirzalı
0