Lyoris Onananı əvəz edə bilər
07.07.2023 - 22:31
Lyoris Onananı əvəz edə bilər

“İnter” komandanı tərk edəcək Onanaya əvəzedici axtarır.

Apasport.az saytı xəbər verir ki, Milan klubu Uqo Lyorislə maraqlanır.

“Mançester Yunayted” Onananın keçidini həll etməyə yaxındır. Milan klubu 36 yaşlı qapıçı onun əsas əvəzedici kimi görür. Lyorisin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayında bitəcək. Bu amil fransalı qapıçının İtaliyaya köçməsinə şərait yaradacaq.

Qeyd edək ki, qapıçı “Tottenhem” heyətində son mövsümdə 25 matçda meydana çıxıb.

 

writer photo
Əlirza Əlirzalı
0