Qavi əməliyyat olundu
28.11.2023 - 21:53
Qavi əməliyyat olundu

"Barselona"nın yarımmüdafiəçisi Qavi sağ dizinin ön çarpaz bağından əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat verib.

Uğurlu əməliyyat keçirən gənc futbolçunun bu zədədən sağalmasının 8-9 ay çəkəcəyi gözlənilir. 19 yaşlı futbolçu İspaniya millisinin heyətində AVRO-2024-ün seçmə mərhələsində Gürcüstan millisi ilə (3:1) oyunda zədələnib. 

Qeyd edək ki, bu mövsüm “Barselona”  forması ilə 15 matça çıxan oyunçu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0