Santuşun mətbuat konfransının vaxtı müəyyənləşib
06.09.2024 - 12:23
Santuşun mətbuat konfransının vaxtı müəyyənləşib

UEFA Millətlər Liqasının qrup mərhələsində Koşitse şəhərindəki Koşitse Futbol Arenasında keçiriləcək Slovakiya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları müətyyənləşib.

Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, media nümayəndələri önünə əvvəlcə Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş çıxacaq.

7 sentyabr

Slovakiya milli komandası

16:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Slaviya Texniki Universitetinin meydanı)
19:00. Mətbuat konfransı (Koşitse Futbol Arenası)

Azərbaycan milli komandası

17:15. Mətbuat konfransı (Koşitse Futbol Arenası)
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Koşitse Futbol Arenası)

Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.

Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0