“Heç bir şeyə görə təəsüflənmirəm. Halbuki “Legiya”da bəzi insanlar məni məyus etmişdi. İndi “Qarabağ”da çıxış edirəm və hər şey ürəyimcədir”.
Apasport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Marko Vesoviç deyib.
Polşa mətbuatına müsahibə verən Azərbaycan çempionun üzvü Varşava barəsində xoş təəssüratları olduğunu bildirib. Çernoqoriyalı futbolçu həmin dövrdə komandaya rəhbərlik edən baş məşqçi Mixneviç barəsində də danışıb: “Varşava üçün çox darıxıram. Orada mənim həyatım gözəl günləri keçib. Komandadan niyə göndərildiyimi bilmədim. Baş məşqçi Mixneviçə qarşı kinim yoxdur. O, mənim komandada qalmağımı istəyirdi. Amma rəhbərlik fərqli düşünürdü. Təəssüf ki, onlar bunu mənə birbaşa demədilər. Artıq hər şey geridə qalıb”.
Qeyd edək ki, Vesoviç üç mövsüm yarım “Legiya”nın şərəfini qoruyub. O, 2021/22 mövsümündə “Qarabağ”a qoşulub.
Marko Vesoviç: “Komandadan niyə göndərildiyimi bilmədim”
25.07.2023 - 21:54
0
0