“Kəpəz”ə “yox” deyən baş məşqçilər kimlərdir? - Eksklüziv 
08.11.2023 - 12:04
“Kəpəz”ə “yox” deyən baş məşqçilər kimlərdir? - Eksklüziv 

Məlum olduğu kimi, “Kəpəz” baş məşqçi axtarışlarını davam etdirir. 

Apasport.az saytına verilən məlumata görə, klub rəhbərliyinin baş məşqçi postunu yerli mütəxəssisə tapşırmaq istəyi baş tutmayıb. 

Belə ki, artıq rəhbərliyin təklif göndərdiyi üç məşqçi bundan imtina edib. Saytımızın əldə etdiyi məlumata görə, Zaur Həşimov, Aftandil Hacıyev və Samir Əliyev “Kəpəz”in baş məşqçisi olmaq istəməyib. Digər yerli mütəxəssislərlə də danışıq aparan “Kəpəz” bundan əlavə Arif Əsədova da dəvət göndərib. Yerli mütəxəssis istəyi baş tutmasa, turnir cədvəlinin sonuncu pilləsində yer alan klub posta xarici mütəxəssis gətirəcək. 

Qeyd edək ki, qarşıdakı turda “Kəpəz”də baş məşqçi funksiyasını Etibar İbrahimov yerinə yetirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0