Millimiz Türkiyə yığması ilə qarşılaşacaq
31.05.2024 - 09:51
Millimiz Türkiyə yığması ilə qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

Apasport.az xəbər verir ki, milli B Liqasının I qrupunda Türkiyə seçməsi ilə qarşılşacaq.

"Ərzincan 13 Şubat" şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 21.00-da səsləndiiləcək. Qarşılaşmanı fransalı hakim Aleksandra Kollin idarə edəcək.

Qeyd edək ki, yığmamız buna qədər səfərdə Macarıstanla heç-heçə (1:1) oynayıb, evdə isə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub.Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 1 xalla qrupda sonuncu - dördüncü pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0