Marko Yankoviç: “Qarabağ” böyük komandadır” - MÜSAHİBƏ
24.06.2022 - 11:30
Marko Yankoviç: “Qarabağ” böyük komandadır” - MÜSAHİBƏ

“Qarabağ”ın yeni transferi Marko Yankoviç klubun “YouTube” kanalına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı monteneqrolu orta sahə oyunçusu blits müsahibəsində futbola gəlişindən tutmuş, “Qarabağ”a keçidinə qədər bir çox məsələlərdən danışıb.

- Futbola nə vaxt başlamısınız?
- 6 yaşım olanda doğma şəhərim Çetinedə futbola başlamışam.

- Azərbaycan və “Qarabağ” haqda nə bilirdiniz?
- Çox şey bilirdim. Mən futbolu izləyirəm. Bilirəm ki, “Qarabağ” Azərbaycan çempionudur, hər zaman avrokuboklara vəsiqə qazanır. Bilirəm ki, böyük komandadır.

- Bakı oldunuz, klubun stadionunu, bazasını gördünüz və ardından komandaya qoşuldunuz. İlk təəssüratlarınız necə oldu?
- Bəli, “Qarabağ”ın bazasını, stadionunu, məşq meydançasını gördüm. Çox sevinirəm və indi ora qayıdacağımızı, orada keçirəcəyim günləri gözləyirəm. Həqiqətən çox sevinirəm.

- “Qarabağ”ı bir sözlə ifadə edin…
- Çempionlar!

- İzlədiyiniz ən gözəl qol hansı olub?
- Bu bir az çətin sual oldu. Xatırlaya bilmirəm. Amma Messinin və Maradonanın mərkəzdən başlayaraq vurduğu qolları bəyənirəm. Onların driblinqi… Demək olar ki, bütün komandanı aldatdılar. Bu qollar mənim üçün ən yaxşılardır.

- Niyə 8 nömrəni seçdiniz?
- Normalda mənim sevimli nömrəm 10 nömrədir. Bura gələndə mənə dedilər ki, 2-3 seçimim var. Onların arasında ən bəyəndiyim nömrə isə 8 oldu.

- Həyatda unutmayacağınız gün?
- Unutmayacağım günlərin sayı birdən çoxdur. Onların arasından birini seçmək çox çətindir.

- Monteneqro millisində iki Marko var və hər ikisi “Qarabağ”da çıxış edir. Sizi fərqləndirmək üçün necə çağırırlar?
- Onlar normalda məni “Marko” çağırırlar. Digər Markoya isə “Veşo” deyirlər.

- Futbol olmasaydı, hansı idman növünü seçərdiniz?
- Mən heç vaxt bu barədə düşünməmişəm. Futbola çox kiçik yaşlarımda başlamışam. İlk gündən futbol olub. Heç vaxt başqa idman növündə cəhd etməmişəm. Fikirləşirəm ki, futbol ən yaxşı seçimdir. Tennisə baxmağı sevirəm. Amma özüm tennisdə yaxşı deyiləm. Yalnız baxmağı sevirəm.

- Sevdiyin tennisçi kimdir?
- Novak Cokoviç.
 

writer photo
Əlirza Əlirzalı
0