PSJ-dən Ramos qərarı
17.09.2022 - 15:39
PSJ-dən Ramos qərarı

PSJ Serxio Ramosla müqaviləni uzatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, bunu klubun idman direktoru Luis Kampuş açıqlayıb.

O bildirib ki, ispaniyalı müdafiəçi ilə yeni anlaşma imzalanmasını istəyir: “Onun oyunundan razıyam. Əgər bu səviyyədə çıxışını davam etdirmək istəsə, niyə də müqaviləni uzatmayacaq. O, ən yaxşı mövsümünü keçirir. Həm Serxio, həm Lionel Messi ilə müqaviləni uzatmaq əla olardı”.

Qeyd edək ki, Ramos 2021-ci ilin yayında azad agent statusu ilə PSJ-yə keçib.
 

writer photo
Əlirza Əlirzalı
0