“Qarabağ”ın müdafiəçisi Kevin Medina Finlandiyadan ayrılıb.
Apasport.az saytına verilən məlumata görə, adıçəkilən ölkədə əməliyyat olunmuş kolumbiyalı futbolçu bərpa prosesinin ilk mərhələsini keçmək üçün Kolumbiyaya yox, Portuqaliyaya yollanıb.
Yeni ili də orada keçirəcək müdafiəçi yanvarın ilk günlərində Azərbaycana qayıdacaq. Belə ki, Medina bərpa prosesinin qalan hissəsini məhz “Qarabağ”ın düşərgəsində keçəcək. Onun ehtimal olunandan daha tez müddətdə fərdi məşqlərə başlaya biləcəyi gözlənilir.
Qeyd edək ki, Kevin Medina Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Molde” ilə görüşündə zədələnmişdi. Ona sağ bud tendom vətərinin qopması diaqnozu qoyulmuşdu.
Medinadan xəbər var
27.12.2023 - 15:56
0
0