Premyer Liqa klubuna ağır cəza: 10 xalı silindi
17.11.2023 - 17:52
Premyer Liqa klubuna ağır cəza: 10 xalı silindi

“Everton”un hesabından 10 xal silinib.

Apasport.az xəbər verir ki, bu barədə qərarı İngiltərə Premyer Liqası verib.

Liverpul təmsilçisinin cəzalanmasına maliyyə feyr-pleyi ilə bağlı pozuntular səbəb olub. Nəticədə “Everton”un aktivindəki xal sayı 4-ə düşüb.

Qeyd edək ki, liverpullular sonuncu pillədəki “Bernli” ilə eyni xala malikdir.

writer photo
Əlirza Əlirzalı
0