PSJ-dən Bundesliqaya
22.08.2022 - 00:34
PSJ-dən Bundesliqaya

PSJ-nin hücumçusu Junior Dina Ebimbe karyerasını Almaniyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, forvard “Ayntraxt”a keçib.

21 yaşlı futbolçu bir mövsümlük icarəyə verilib. Bundesliqa təmsilçisi sonradan oyunçunu almaq hüququna da malikdir.

Ebimbenin Paris klubu ilə anlaşması 2024-cü ilin yayında başa çatacaq. O, Fransa çempionunun öz yetirməsidir.

Qeyd edək ki, Ebimbe ötən mövsüm 14 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0