“Bavariya”da Qoretska müəmması
16.08.2024 - 21:47
“Bavariya”da Qoretska müəmması

"Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretska heyətdən kənarda qalıb.

Apasport.az xəbər verir ki, onun adı "Ulm"a qarşı matçda iştirak ərizəsinə salınmayıb.

İddiaya görə, "Bavariya" Qoretskanı göndərmək istəsə də, futbolçu klubdan qalmaq və əsas heyət üçün mübarizə aparmaq niyyətindədir.

Qeyd edək ki, yarımmüdafiəçi 2018-dən bəri Münhen klubunun heyətindədir. O, burada 221 oyuna çıxıb, 40 qol vurub, 46 qol ötürməsi verib.

writer photo
Əlirza Əlirzalı
0