"Atletik"in hücumçusuna Premyer Liqadan üç elçi
25.10.2023 - 18:15
"Atletik"in hücumçusuna Premyer Liqadan üç elçi

“Atletik”in futbolçusu Nikolas Uilyams karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Arsenal", "Tottenhem" və "Liverpul" hücumçunu heyətində görmək istəyir.

21 yaşlı gənc futbolçu "Bavariya" və "Yuventus"un da maraq dairəsindədir. Ancaq Bilbao klubunun rəhbərliyi ispaniyalının komandada qalacağına inanır. Onlar müqaviləsi mövsümün sonunda başa çatacaq Nikolasa yeni anlaşma təklif etməyə hazırlaşırlar.

Qeyd edək ki, bu mövsüm 7 matçda “Atletik”in formasını geyinən Uilyams qol vurmasa da, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0