Paris-2024: Lisenziya qazananların siyahısı açıqlandı
06.07.2023 - 12:27
Paris-2024: Lisenziya qazananların siyahısı açıqlandı

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaların sayı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, artıq 1505 atlet dördilliyin mötəbər yarışına vəsiqə qazanıb.

Bu idmançılar 86 müxtəlif ölkəni təmsil edir. Fransa isə meydan sahibi kimi 384 atletlə təmsil olunmaq hüququna malikdir.

Azərbaycan yarışa üç lisenziya qazanıb. Boksçular Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq), atıcı Ruslan Lunyov (güllə atıcılığı) Fransa paytaxtında mübarizə aparacaq.

Yığmamız üç lisenziya qazanan 8 ölkədən biridir. Bu komandalar 49-56-cı yerləri bölüşür.

Qeyd edək ki, Olimpiya Oyunlarında 10500 idmançının iştirakı nəzərdə tutulub.

1. Fransa - 384
2. ABŞ - 151
3. Avstraliya - 80
4. Böyük Britaniya - 79
5. Almaniya - 44
6-7. Yaponiya - 43
İtaliya - 43
8-9. Braziliya - 42
İspaniya - 42
10. İrlandiya - 37
11-12. İsrail - 30
Yeni Zelandiya - 30
13. Çin - 28
14. Ukrayna - 27
15. Mərakeş - 26
16. Norveç - 22
17-20. Kanada - 21
Niderland - 21
Misir - 21
İsveç - 21
2122. Kolumbiya - 20
Danimarka - 20
23-24. Polşa - 18
Dominikan Respublikası - 18
25. Efiopiya - 16
26. Macarıstan - 15
27-28. Keniya - 13
Argentina - 13
29-30. Uruqvay - 12
Fici - 12
31. Belçika - 11
32. Bolqarıstan - 10
33-35. İsveçrə - 8
Türkiyə - 8
Çexiya - 8
36-38. CAR - 7
Uqanda - 7
Hindistan - 7
39. Eritreya - 6
40-43. Cənubi Koreya - 5
Avstriya - 5
Yunanıstan - 5
Meksika - 5
44-48. Ekvador - 4
Serbiya - 4
Portuqaliya - 4
Bəhreyn - 4
Peru - 4
49-56. Honkonq - 3
Litva - 3
BƏƏ - 3
Slovakiya - 3
Azərbaycan - 3
Səudiyyə Ərəbistanı - 3
Rumıniya - 3
Xorvatiya - 3
57-61. Pakistan - 2
Gürcüstan - 2
Tanzaniya - 2
Əlcəzair - 2
Estoniya - 2
62-87. Kuba - 1
Çin Taypeyi - 1
Kosta Rika - 1
Kamerun - 1
Cibuti - 1
Bosniya və Herseqovina - 1
Boliviya - 1
Zimbabve - 1
Qambiya - 1
Surinam - 1
Trinidad və Tobaqo - 1
Lüksemburq - 1
Qətər - 1
Moldova - 1
Burkina Faso - 1
Ermənistan - 1
Filippin - 1
Vyetnam - 1
Nigeriya - 1
Seneqal - 1
Sinqapur - 1
Qazaxıstan - 1
Sloveniya - 1
İran - 1
Qvatemala - 1
Tunis - 1

writer photo
Əlirza Əlirzalı
0