Henderson 24 saat ərzində "Ayaks"da rekord qırdı
20.01.2024 - 12:29
Henderson 24 saat ərzində "Ayaks"da rekord qırdı

Cordan Henderson Hollandiya nəhənglərindən olan "Ayaks"la 2,5 illik müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, ingilis futbolçu 24 saat ərzində "Ayaks"ın əfsanəsi Duşan Tadiç və Delay Blindin rekordlarını qırıb.

Klubun açıqlamasına görə, Henderson "Ayaks" tarixinin ən sürətli və ən çox satılan formasının sahibi olub. 33 yaşı ingilisin forma satışları Tadiç və Blindinkini ötüb.

Qeyd edək ki, formalar təkcə Hollandiya deyil, həm də "Liverpul" tərəfdarları, xüsusən də, Asiya qitəsində sifariş ediblər.

writer photo
Əlirza Əlirzalı
0