Mehdi Hüseynzadə adına stadionda mövsümün rekordu qırıldı
05.02.2024 - 11:51
Mehdi Hüseynzadə adına stadionda mövsümün rekordu qırıldı

Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.

Apasport.az xəbər verir ki, XXI turun “Sumqayıt” – “Neftçi” görüşünü 8100 izləyici seyr edib.

10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/24 mövsümünün yeni rekordudur.

Bunadək rekord X turun “Turan Tovuz” “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 azarkeş izləyib.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

writer photo
Əlirza Əlirzalı
0