Qvardiola üçün Çempionlar Liqasından dəyərli “Gözəlçə”
15.03.2023 - 16:30
Qvardiola üçün Çempionlar Liqasından dəyərli “Gözəlçə”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın kumirləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu ispaniyalı mütəxəssisin özü açıqlayıb.

Qvardiola bildirib ki, üç insana pərəstiş edir: “Çempionlar Liqasında nə olursa-olsun, lap biz ardıcıl üç dəfə bu turniri qazansaq da, mən artıq batmışam. Həyatımda üç kumir var: Maykl Cordan, Tayqer Vuds və Culiya Roberts. Bir neçə il əvvəl Culiya Roberts Mançesterə gəlmişdi. Bu, 80-ci və 90-cı illərdə, Aleks Ferqyuson dönəmi, “Mançester Yunayted”in mükafatları sıraladığı dövr deyildi. O, gəldiyi vaxt “Mançester Siti” artıq 4-5 il idi “Mançester Yunayted”dən güclüydü. Amma Culiya Roberts bizim matça deyil, “Mançester Yunayted”in oyununa getdi. Ona görə də Çempionlar Liqasını qazanmaq heç nəyi dəyişməyəcək. Axı Culiye Roberts Mançesterə gəldi və oyunumuzu izləmədi. Kumirim olan Robertsin “Mançester Yunayted”in görüşünə getməsinin üzüntüsünü Çempionlar Liqasının kuboku da yüngülləşdirməyəcək”.

Qeyd edək ki, onlarla film, o cümlədən məşhur “Gözəlçə” filmi ilə tanınan 56 yaşlı aktrisa 2016-cl ilin noyabrında ailəsi ilə birlikdə “Mançester Yunayted” – “Vest Hem” qarşılaşmasını izləyib, oyundan sonra “Old Trafford”un meydançasında şəkil çəkdirib. Həmin vaxt Qvardiola 5 ay idi Mançesterin digər klubunda çalışırdı.

writer photo
Əlirza Əlirzalı
0