Mehman Allahverdiyev əməliyyat olundu
24.08.2022 - 16:48
Mehman Allahverdiyev əməliyyat olundu

“Kəpəz”in idman direktoru Mehman Allahverdiyev əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təcrübəli mütəxəssis mədəsindəki problemlərə görə həkimlərin rəyi əsasında Gəncə Beynəlxalq Xəstəxanasında cərrahi müdaxiləyə ehtiyac duyub. Əməliyyat uğurlu keçib.

Hazırda özünü yaxşı hiss edən Mehman Allahverdiyev evə buraxılıb.

writer photo
Əlirza Əlirzalı
0