"Barselona" məşhur forvardını satacaq
26.03.2024 - 16:51
"Barselona" məşhur forvardını satacaq

"Barselona"nın maliyyə vəziyyəti ürəkaçan deyil.

Apasport.az "Goal" portalına istinadla xəbər verir ki, Kataloniya klubu gələn yay oyunçu satışlarından pul qazanmağı planlaşdırır.

Beləliklə, "Barselona" hücumçu Ansu Fatini satmaq qərarına gəlib.

21 yaşlı futbolçu hazırda İngiltərənin "Brayton" klubunda icarə əsasında çıxış edir. "Qağayılar" üçün 23 matçda Ansu 4 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

 

writer photo
Əlirza Əlirzalı
0