Məmmədov “Beşiktaş Park”da
21.11.2023 - 09:51
Məmmədov “Beşiktaş Park”da

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb. 

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

O, UEFA-nın Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Beşiktaş” (Türkiyə) – “Brugge” (Belçika) matçında UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq. Bu matç noyabrın 30-da Türkiyənin İstanbul şəhərindəki “Beşiktaş Park” stadionunda baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0