Xorvatiya millisinin futbolçuları dünya çempionatının yarımfinalına yüksəldikdən sonra neofaşist mahnı ifa ediblər.
Apasport.az xəbər verir ki, Qətərdə keçirilən turnirin yarımfinal mərhələsinə yüksəlmələri münasibətilə təşkil olunan qala şam yeməyində oyunçular ultrasağçı aktivist-bəstəkar Tompsonun (müğənninin təxəllüsü) mahnısını ifa edərək, millətlərini tərənnüm ediblər.
Məsələ burasındadır ki, mahnı tanınmamış dövlətdən – rəhbərliyi insanlığa qarşı cinayətlərə görə məhkum edilmiş Herseq-Bosnadan bəhs edir. 90-cı illərin əvvəllərində Yuqoslaviyadan ayrılıb özünü müstəqil elan etmiş bölgədə bosniyalılara və bosniyalı müsəlmanlara qarşı etnik təmizləmə aparılıb.
Qeyd edək ki, tanınmamış Herseq-Bosna 1994-cü ildə Bosniya və Herseqovina Federasiyasına daxil olduqdan sonra fəaliyyətini dayandırıb.