Futbol üzrə Mərakeş millisi 36 il əvvəlki rekordunu təkrarlayıb.
Apasport.az xəbər verir ki, Şimali Afrika təmsilçisi 1986-cı ildə Meksikada keçirilmiş mundialda da qrup lideri olmuşdu.
Maraqlıdır ki, Mərakeş həmin vaxt da F qrupunda yer almış və qrupu 1-ci sırada bitirmişdi. Həmin vaxt İngiltərə, Polşa və Portuqaliyanın yer aldığı qrupu 4 xalla lider bitirməyi bacaran Afrika ərəbləri 1/8 finalda sonradan finalçı olan Qərbi Almaniyaya 0:1 uduzaraq mundialla vidalaşmışdı.
Qeyd edək ki, Mərakeş millisi cari mundialda 7 xal toplayaraq 2-ci dəfə bu uğuru təkrarlayıb. Onların dekabrın 6-da 1/8 finaldakı rəqibi bu gün oyunları keçiriləcək E qrupunun 2-cisi olacaq. Maraqlıdır ki, E qrupunun 2-cisi olmağa namizəd komandalardan biri məhz Almaniyadır.