Menecer Dzyuba haqda: “Azərbaycanda belə pul yoxdur”
27.07.2022 - 09:38
Menecer Dzyuba haqda: “Azərbaycanda belə pul yoxdur”

“Mən Dzyubanın meneceri olsaydım, o, “Zenit”i tərk etməzdi”.

Apasport.az saytının məlumatına görə, bunu futbol meneceri Dmitri Selyuk Rusiya millisinin hücumçusu Artyom Dzyuba barədə danışarkən deyib.

Menecer yerli mətbuata müsahibəsində bildirib ki, Sankt-Peterburqdan ayrıldıqdan sonra adı “Fənərbaxça”, “Srvena Zvezda”, “Soçi”, “Neftçi” və “Qarabağ”la birgə hallanan 34 yaşlı forvardın Azərbaycana köçəcəyinə inanmır: “30 yaşdan sonra Avropanın böyük ölkələrinə getmək çətindir. Onun Azərbaycana yollanması da inandırıcı görünmür. Çünki orada və yaxın ölkələrdə belə pul yoxdur. Dzyuba ilə maraqlanan “Soçi” həmişə “Zenit”dən ayrılan futbolçulara kömək edir. Digər yerli klublardan Moskva “Lokomotiv”inə keçməsinə də inanmıram”.

Qeyd edək ki, Artyom Dzyubanın bir neçə gün əvvəl Bakıda səfərdə olduğu bildirilirdi.
 

writer photo
Əlirza Əlirzalı
0