Şeydayevli "Buriram"dan qollu bərabərlik
03.12.2023 - 21:33
Şeydayevli "Buriram"dan qollu bərabərlik

Bu gün Tayland çempionatında XII tura start verilib.

Apasport.az xəbər verir ki, milli komandamızın hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” səfərdə "Muanq Tonq Yunayted"in qonağı olub. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Ramil Şeydayev meydana start heyətində çıxıb, fasilədə isə əvəzlənib.

Qeyd edək ki, hazırda “Buriram Yunayted” 18 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0